Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 02:10

Qırğızıstan oğlu müharibəyə göndərilən vətəndaşın müraciətinə baxır


Nəzirə
Nəzirə

Qırğızıstanın Xarici İşlər Nazirliyi (XİN) 19 yaşlı vətəndaşının Rusiyada həbsxanadan Ukraynada müharibəyə göndərilməsi məsələsini araşdırır. Bu barədə AzadlıqRadiosunun qırğız xidməti yazır.

Vətəndaşın anası nazirliyə müraciət edərək oğlunun qaytarılmasına kömək istəyib. Qurum onun qaytarılması üçün işin başlandığını bildirir.

"2025-ci il dekabrın 18-də vətəndaş "Azattıq" radiosunun jurnalisti ilə birlikdə Qırğızıstan XİN-ə gələrək Rusiyada mühakimə olunmuş oğlunun müharibə zonasına göndərilməməsini xahiş edib. Vətəndaşın müraciəti müəyyən edilmiş qaydada icraata götürülüb. Qırğızıstan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə müvafiq tapşırıq verilib", - XİN-in məlumatında deyilir.

Nəzirə adlı vətəndaş radioya müraciət edərək Rusiyada 19 yaşlı oğlunun Ukraynada müharibəyə göndərildiyini bildirib. Dediyinə görə, oğlu 18 yaşı tamam olan kimi pasportunu alaraq Rusiyaya gedib, orada isə narkotik daşınmasında təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. Ana oğlunun həbsdə müharibədə iştiraka razılaşmağa məcbur qaldığını bildirib.

Rusiya 2022-ci ilin fevralında Ukraynada tammiqyaslı müharibəyə başlayandan miqrantların döyüşə cəlbi haqda dəfələrlə xəbərlər gəlib. Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsi müharibəyə aparılan 687 Qırğızıstan vətəndaşının siyahısını dərc edib.

Qırğızıstan qanunlarına görə, ölkə xaricində müharibədə iştiraka görə cinayət məsuliyyəti düşür.

XS
SM
MD
LG